“Bakıda belə asan qələbə qazanmağımız məni təəccübləndirdi”
14.12.2012 - 10:38
“Komandamızın azarkeşlərini bu qələbə münasibətilə təbrik edirəm. “Bakı-Azəryol” üzərində belə asan qələbə qazanmağımızdan razı qaldım. Bu həm də məni yaxşı mənada təəccübləndirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Omiçka” klubunun baş məşqçisi Zoran Terziç deyib.
Serbiyalı mütəxəssis qadın voleybolçular arasında CEV kubokunun 1/4 final mərhələsinin “Bakı-Azəryol”la cavab oyunu haqda fikirlərini açıqlayıb: “Omsk və Bakıdakı oyunlar arasında fərq çox azdır. Hər 2 matçda ilk 2 setdə qalib gəlib 3-cüdə uduzduq, 4-cüdə isə üstünlüklə qələbə qazandıq. Ev oyununda daha çox Natalya Məmmədova və Nelli Alişovadan yararlanmışdıq. Bakıda isə ağırlıq Olqa Sajina və mərkəz blokçunun üzərinə düşdü. Çox şadam ki, “Omiçka” ilk dəfə “Çelenc raund”a yüksəldi. Medallar uğrunda mübarizə aparmaq üçün bütün qüvvəmizi sərf edəcəyik”.
Qeyd edək ki, “Omiçka” ilk oyunda olduğu kimi cavab matçında da “Bakı-Azəryol”u 3:1 hesabı ilə məğlub edib.

0
0