Hüseynovun komandası “Göztəpə”yə qarşı
16.12.2012 - 02:43
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Cavid Hüseynovun şərəfini qoruduğu “Adana Dəmirspor” bu gün Türkiyə PTT Birinci Liqasının 16-cı turu çərçivəsində növbəti matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimizin çıxış etdiyi Adana təmsilçisi səfərdə “Göztəpə” ilə üz-üzə gələcək.
Ötən tur “Linyitspor”la qarşılaşmanın 77-ci dəqiqəsində meydana daxil olan Hüseynovun bu dəfə hansı aqibəti yaşayacağı maraq doğurur.
Qeyd edək ki, “Adana Dəmirspor” 23 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 15 xalı olan “Göztəpə” isə 16-cı yerdədir.
Türkiyə PTT birinci liqası
16-cı tur
16 dekabr
16:00. “Göztəpə” – “Adana Dəmirspor”

0
0