Liderlər autsayderlərə qarşı
17.12.2012 - 13:35
Qadın voleybolçular arasında Super Liqada avrokuboklar səbəbindən yaranmış fasilə sabah bitəcək. Apasport.az saytının məlumatına görə, “İqtisadçı”nın istirahət edəcəyi I dövrənin son turunda liderlər ikinci komandaları ilə oynayacaqlar.
Düzdür, bu duellərdə günün mərkəzi görüşü “Azərreyl” – “Bakı-Azəryol” arasında olacaq. Qarşılaşmada birincilər favorit hesab olunsa da, stabil oynamamaları səbəbindən “Bakı-Azəryol”un da qalib gəlməsi istisna edilmir. Çünki CEV kuboku ilə vidalaşan komanda azarkeşləri qarşısında “günahları”nı yumaq arzusundadırlar. Lakin “Azərreyl”in də planlarına uduzaraq, liderlər qrupundan ayrı düşmək daxil deyil. Bunun üçün bu matçın digərlərindən gərgin alınacağı gözlənilir.
Turun ikinci matçında “Lokomotiv” “Lokomotiv Biləcəri”ni sınağa çəkəcək. “Dəmiryolçular”ın duelində əsas komandanın qalib gələcəyi sözsüzdür. Çünki yarandığı 2 ildə hələ qələbə qazanmayan Biləcəri təmsilçisi hələ tilsimi qırmaq və “Lokomotiv”i məğlub etmək gücündə deyil.
“Rabitə” – “Telekom” duelində isə Azərbaycan çempionunun asan qalib gələcəyi gözlənilir. Çünki ulduzlardan təşkil olunan komanda ikinci heyətini meydana buraxsa belə gənclərdən qurulan debütantı məğlub etmək gücündədir.
VII tur
18 dekabr
15:00. “Azərreyl” – “Bakı-Azəryol”
17:00. “Lokomotiv Biləcəri” – “Lokomotiv”
19:00. Telekom – Rabitə
Qeyd edək ki, oyunlar Voleybol Mərkəzində keçiriləcək.

İqtisadçı | 6 | 5 | 1 | 16-5 | 510-421 | 15 |
Azərreyl | 5 | 4 | 1 | 13-5 | 446-365 | 12 |
Rabitə | 5 | 4 | 1 | 13-6 | 461-396 | 12 |
Lokomotiv | 5 | 2 | 3 | 9-10 | 433-407 | 6 |
Bakı-Azəryol | 5 | 2 | 3 | 8-10 | 390-401 | 6 |
Telekom | 5 | 1 | 4 | 3-12 | 269-362 | 3 |
Lokomotiv Biləcəri | 5 | 0 | 5 | 2-15 | 250-398 | 0 |

0
0