Rəqibimiz 33-ə çatdı
17.12.2012 - 16:45
Qadın voleybolçular arasında Fransa çempionatında XI turun oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan çempionu “Rabitə”nin Çempionlar Liqasındakı rəqibi “Kann” “Albi”ni qəbul edib.
Oyun Viktoriya Ravvanın komandasının 3:1 (25:14, 23:25, 25:17, 25:17) hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Kann” 11-ci oyununu yenə 3 xalla başa vurub və 33 xalla turnir cədvəlinin vahid liderinə çevrilib.
Qeyd edək ki, Çempionlar Liqasının 1/6 final mərhələsində “Rabitə” - “Kann” oyunlarının keçirilmə tarixi hələ bilinmir.

0
0