Reto Ziqler “Beşiktaş” yolunda
19.12.2012 - 05:43
Reto Ziqler “Beşiktaş” yolunda
Sol cinah müdafiəsində ciddi problemləri olan “Beşiktaş” bunu Reto Ziqlerlə həll etməyi planlaşdırıb. Apasport.az saytının Türkiyə mətbuatına istinad məlumatına görə, İstanbul klubu isveçli futbolçu ilə ilkin razılığa gəlib.

“Yuventus”a məxsus olan Ziqler, Turin təmsilçisi ilə müqaviləsinin müddətini qarşılıqlı razılıq əsasında ləğv edib, yaxın günlərdə “Beşiktaş”la yeni müqavilə imzalayacaq. Ötən mövsümü “Fənərbaxça”da keçirən və hazırda Moskva “Spartaq”ında icarə əsasında çıxış edən Reto, “qara-qartallar”dan ilinə 800 min avro alacaq.

Qeyd edək ki, “Beşiktaş”ın prezidenti Fikrət Orman da futbolçu ilə maraqlandıqlarını təsdiqləyib. O, klubun binasında jurnalistlərə verdiyi müsahibəsində bunları vurğulayıb:

“Hazırda Ziqlerlə müqavilə bağlamamışıq. Lakin onun adının bizim transfer siyahısında olduğunu söyləyə bilərəm” – deyə, Orman, bildirib.