Natalya Məmmədovadan yubiley üçün fantastik göstərici
19.12.2012 - 10:01
Natalya Məmmədovadan yubiley üçün fantastik göstərici
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova “Omiçka”nın heyətində Rusiya Superliqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, hücumçumuz “Ufimokça”ya qarşı baş tutan görüşün qəhrəmanı olub.

O, 3:2 (19:25, 25:22, 26:28, 25:19, 15:9) hesabı ilə qalib gəldikləri qarşılaşmada nə az, nə çox – 45 xal (!) toplayıb. Bu qələbə isə “Omiçka” üçün xüsusi əhəmiyyət daşıyıb.

Belə ki, Məmmədovanın pay sahibi olduğu qalibiyyət Omsk təmsilçisinin tarixinə düşüb. Onlar Superliqada 50-ci ev matçında 80-cı qələbələrini qazanıblar.

Qeyd edək ki, “Omiçka” qalib gələrək, xalının sayını 15-ə çatdırsa da, yenə 6-cı pillədə qalıb.