Millimizin hücumçusu: Bir az yorulmuşuq - FOTO
19.12.2012 - 10:05
“Biz tez-tez meydanın kənarlarında oynayırıq, top qəbulunda səhv edirik. Yəqin, bu, bütün matçı sabit oynaya bilməməyimizlə bağlıdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiyanın “Omiçka” voleybol klubunun oyunçusu Natalya Məmmədova deyib. Millimizin liderlərindən olan hücumçu komandasının Superliqada 80-ci qələbəsində əsas pay sahibi olub. Belə ki, Məmmədova “Ufimoçka”ya qalib gəldikləri matçda 45 xal toplayıb.
O, oyun boyu sabit çıxış edə bilməmələrinə belə izah verib: “Belə götürəndə, rəqibə köklənmişdik, onun oyununu təhlil etmişdik. Matça pis başlamadıq, ancaq sonradan eniş oldu, səhvlər etməyə başladıq. Yəqin, bir az yorulmuşuq. Çünki Azərbaycandan qayıdandan sonra istirahət etməyə vaxtımız olmayıb. Dərhal məşqlərə başladıq. Üstəlik, hakimlərə iradlarım var. Onlar bir neçə dəfə öz qərarlarında haqlı deyildilər”.

0
0