Azərbaycan və Fransa çempionlarının oyununun vaxtı bilindi
20.12.2012 - 09:55
Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinin oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, I pley-off mərhələsində Bakının “Rabitə”, “Azərreyl” və “Lokomotiv” klublarının da görüşlərinin tarixi bilinib.
Belə ki, “Azərreyl” “Lokomotiv”lə, “Rabitə” isə “Kann”la (Fransa) eyni gündə - dekabrın 16-da üz-üzə gələcək. Lakin Azərbaycan dueli saat 18:00-da başlayacağı halda, Marçello Abbondanzanın yetirmələri saat 23:30-da meydana çıxacaqlar.
Cavab görüşləri isə müvafiq olaraq, dekabrın 23-də və 24-də olacaq. Birinci Bakı klubları II pley-offa yüksələnlərin adına aydınlıq gətirəcək, ardınca isə “Rabitə” “Kann”ı sınağa çəkəcək.
Qeyd edək ki, “Lokomotiv” – “Azərreyl” görüşü saat 18-də, Azərbaycan və Fransa çempionlarının oyunu isə saat 17:00-da start götürəcək.

0
0