“Həzz almağa çalışıram” - MÜSAHİBƏ
20.12.2012 - 10:58
Qadın voleybolçuar arasında Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, hücumçumuz qonşu ölkənin Super Liqasında “Ufimoçka” ilə matçda 45 xal qazanmasından və 2 ölkənin çempionatının müqayisəsindən danışıb.
- “Ufimoçka” ilə qarşılaşma barədə fikirləriniz maraqlı olardı...
- Belə çətin qələbələr həmişə əhval-ruhiyyəni qaldırır. Ancaq eyni zamanda üzücüdür ki, biz “Ufimoçka” ilə oyunda 3 deyil, 2 xal götürə bildik. Buna görə təəssüflənirik. Çünki buna özümüz günahkarıq. Həddən çox, xüsusilə də matçın əvvəlində səhvlər edirdik.
- Səhvlər nə ilə əlaqədardır?
- Qlobal problem odur ki, “Omiçka” mövsümün əvvəlindən 3 gündən 1 oynayır. Məşq prosesinə vaxt demək olar ki, qalmır. Qeyri-stabillik və səhvlər də bundan yaranır. Bu sözlərin artıq işləndiyini başa düşürəm. Ancaq “Omiçka”ya vaxt lazımdır. Komandada hamı çox çalışır. Ancaq klubumuz hələ potensialının yarısını da göstərə bilmir. Bundan əlavə, biz CEV kubokunda son – Azərbaycanın “İqtisadçı” və “Bakı-Azəryol” komandaları ilə oyunlara çoxlu emosiya sərf etdik. Buna görə də “Ufimoçka” ilə matçda uzun müddət oyunumuz getmirdi.
- Çatışmayan emosiyaları harada tapdınız?
- Mən uduzmağı heç sevmirəm. Oyunda hər uğursuz epizod məndə güclü qıcıq yaradır. Matçın ortasında belə epizodlar çox oldu. Mən də zarafatsız işə düşdüm (gülür). Bununla yanaşı, komandaya azarkeşlər çox kömək etdi. Rəqibi də qiymətləndirmək lazımdır. “Ufimoçka” möhkəm, yaxşı hazırlıq keçən komandadır. Onların blokçuları Nastya Şlyaxova ilə Anna İvanova “Omiçka”ya çoxlu problem yaratdı.
- “Ufimoçka” ilə matçda qazandığınız 45 xal Superliqanın ən məhsuldar oyunçularının reytinqində xeyli irəli getməyinizə imkan yaratdı. Reytinqinizi izləyirsizmi?
- Mənim bundan da öncə 40-dan artıq xal topladığım matçlar çox olub. Tez-tez fərdi mükafatlar əldə etmişəm. Artıq çoxdan buna sakit yanaşıram. Məni komandaya lider roluna dəvət ediblər. “Omiçka”nın qarşısında böyük vəzifələr durur. Mən sadəcə gözlənilən ümidləri doğrultmağa, öz işimi yaxşı görməyə və qələbələrdən həzz almağa çalışıram.
- “Ufimoçka” ilə matçda 72 dəfə hücum etdiniz. Qorxmursuz ki, sıx qrafiki nəzərə alsaq, gücünüz bütün mövsümə çatmaz?
- Məndə belə yükləmələr əvvəlki bütün klublarımda da olub. Mən artıq buna öyrəşmişəm. Əsas odur ki, “Omiçka”da fiziki hazırlıq üzrə güclü məşqçi Nenad Curoviç var. O, hər oyunçunun vəziyyətinə nəzarət edir. Buna görə də güc çatmalıdır.
- “Omiçka”nın Rusiya çempionatı ilə müqayisədə CEV kubokunda işi daha yaxşı gedir...
- Biz hər 2 yarışın oyunlarına eyni dərəcədə ciddi yanaşırıq. Belə oyunlar qrafiki və yerdəyişmələrlə matçların hansısa birinə məqsədyönlü hazırlaşmağa imkan olmur. “Omiçka” CEV kubokunda artıq 8 güclü komanda arasına çıxıb. Biz qazandığımızla dayanmaq istəmirik. Rusiya çempionatında isə hələ 1 dövrə var. Bu səbəbdən də hər şey qabaqdadır.
- Siz 2 mövsüm Azərbaycanın “Rabitə” klubunun lideri olduz. İndi isə “Omiçka”dasız. Bu 2 ölkənin çempionatından hansı güclüdür?
- Mən 2010-cu ildə Krasnodar “Dinamo”sunun heyətində Rusiya çempionatının bürünc mükafatçısı oldum. Həmin vaxtla müqayisədə burada rəqabət xeyli artıb. 2 ölkənin çempionatlarının isə onların avrokuboklardakı komandalarının nəticələri ilə müqayisə etmək daha yaxşı olardı. “Omiçka” “İqtisadçı” və “Bakı-Azəryol”u mübarizədən kənarlaşdırdı. Ancaq Çempionlar Liqasında Rusiya və Azərbaycan komandalarının oyunları hələ irəlidədir.

0
0