Dünya çempionundan millimizin hücumçusuna yüksək qiymət
20.12.2012 - 11:17
2006-cı ildə Rusiya voleybol yığmasının heyətində dünya çempionu olan Yelena Qodina azərbaycanlı həmkarı Natalya Məmmədovanın çıxışını yüksək qiymətləndirib. Apasport.az saytının məlumatına görə, təcrübəli voleybolçu millimizin hücumçusunun çıxış etdiyi “Omiçka”nın Rusiya çempionatının IX turunda “Ufimoçka” ilə oyunda qələbəsinə şərh edib.
Onun sözlərinə görə, Məmmədovanın super məhsuldarlıq göstərdiyi həmin matçda çıxışı möhtəşəm olub: “Omiçka” qalib gəldi, ancaq bu, çətinliklə, 3:2 hesabı ilə oldu. O, setlərin gedişində uduzaraq, rəqibinə çatmalı oldu. Natalya Məmmədovanın möhkəmliyi olmasaydı, hər şey qonalqarın xeyrinə xeyli tez başa çata bilərdi. 72 hücum, 45 xal, 6 uğurlu blok...”

0
0