Azərbaycandan A2 Seriyasına - FOTO
20.12.2012 - 12:17
Azərbaycandan A2 Seriyasına - FOTO
“Telekom”un italiyalı voleybolçusu Françeska Giogoli Super Liqanın I dövrəsindən sonra vətəninə qayıdıb. Apasport.az saytının məlumatına görə, bir neçə aylıq Azərbaycan karyerasından sonra 29 yaşlı toppaylayıcı yenidən Apennin yarımadasında çıxış edəcək.

Belə ki, o, A2 seriyasında çıxış edən “Bisonte Azzura” klubu ilə anlaşıb. Bunu komandanın prezidenti Elio Sita açıqlayıb. O bildirib ki, Giogoli yanvarın 2-də komandanın düşərgəsində olacaq və 11 gün sonra “Kasalmaqqiore” ilə matçda debüt edə biləcək.

Prezidentin sözlərinə görə, təcrübəli voleybolçu zədəli Sara De Lellisi əvəzləməlidir. Hələlik Fiamma Madzininin köməyindən istifadə edən komanda daha güclü Giogolinin köməyinə ehtiyac duyub.