Valeriya Korotenkonun əvəzləyicisi Tailanda üz tutdu
20.12.2012 - 13:07
Valeriya Korotenkonun əvəzləyicisi Tailanda üz tutdu
Ötən mövsüm “Azərreyl”in şərəfini qoruyan Piyanut Pannoy nəhayət ki, özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın heyətində əsasən ehtiyatda qalan libero karyerasını vətəni Tailandda davam etdirəcək.

O, “Supreme Nakhonsi” ilə anlaşıb.

Qeyd edək ki, Valeriya Korotenkonun əvəzləyicisi olan Pannoy Azərbaycanda titul qazana bilməyib.