“Qiyamət günü”ndə qisas anı
20.12.2012 - 17:37
Sabah qadın voleybolçular arasında Super Liqanın II dövrəsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutacaq VIII turun mərkəzi matçı “Azərreyl”lə “İqtisadçı” arasında olacaq.
Görüş “dəmiryolçular” üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ilk turda universitet komandasına uduzan “Azərreyl” bunun təsadüfi olduğunu sübut etməyə çalışacaq. Onlar qalib gələcəkləri halda turnir cədvəlindəki üçhakimiyyətliliyə də son qoyacaqlar.
Lakin top fərqinə görə ikinci pillədə qərarlaşan “İqtisadçı” da qələbəyə iddia edir. Bülənt Karslıoğlunun yaratdığı əzmkar komanda yenidən liderliyə yüksəlmək arzusundadır. Onlar bunun üçün sona kimi də mübarizə aparacaqlarını açıqlayıblar. Çox güman ki, bu dəfə cütün taleyi tay-brekdə bilinəcək.
Turun açılış matçda “Telekom” – “Lokomotiv” dueli baş tutacaq. Burada ikincilər növbəti 3 xallarını qazanmağa çalışacaqlar. Çünki liderlərdən çox geri qalan “dəmiryolçular” xal itirəcəkləri halda əsas rəqibləri ilə xal fərq artacaq və onlar medalçılar sırasına düşməkdə vəziyyətlərini çətinləşdirəcəklər. Gənclərdən qurulmuş “Telekom” isə “Lokomotiv”dən bu dəfə ən azı set almağa çalışacaq.
“Lokomotiv Biləcəri” – “Bakı-Azəryol” qarşılaşmasında isə ikincilər aşkar favoritdirlər. Çünki yarandığı ildən qələbə ləzzəti dadmayan Biləcəri təmsilçisi sensasiyaya imza atmaq gücündə deyil.
21 dekabr
VIII tur
15:00. “Telekom” – “Lokomotiv”
İlk oyun: “Lokomotiv” – “Telekom” - 3:0 (25:18, 25:17, 25:13)
17:00. “Lokomotiv Biləcəri” – “Bakı-Azəryol”
İlk oyun: “Bakı-Azəryol” – “Lokomotiv-Biləcəri” - 3:1 (25:21, 23:25, 25:19, 25:14)
19:00. “Azərreyl” - “İqtisadçı”
İlk oyun: “İqtisadçı” – “Azərreyl” - 3:1 (26:24; 22:25; 27:25; 27:25)
Qeyd edək ki, VIII turda “Rabitə” istirahət edəcək.

Azərreyl | 6 | 5 | 1 | 16-5 | 526-428 | 15 |
İqtisadçı | 6 | 5 | 1 | 16-5 | 510-421 | 15 |
Rabitə | 6 | 5 | 1 | 16-6 | 526-447 | 15 |
Lokomotiv | 6 | 3 | 3 | 12-10 | 505-462 | 9 |
Bakı-Azəryol | 6 | 2 | 4 | 8-13 | 453-481 | 6 |
Telekom | 6 | 1 | 5 | 3-15 | 320-437 | 3 |
Lokomotiv Biləcəri | 6 | 0 | 6 | 2-18 | 305-473 | 0 |

0
0