Byanki yenidən “Boka Xuniors”da
20.12.2012 - 20:58
Byanki yenidən “Boka Xuniors”da
Argentinanın məşhur komandalarından olan “Boka Xuniors”a yeni baş məşqçi təyin edilib. Apasport.az saytının məlumatına görə, klubu bundan sonra Karlos Byanki çalışdıracaq. 63 yaşlı mütəxəssis bu postda Xulio Sesar Falsionini əvəzləyib.

Qeyd edək ki, Karlos Byanki daha öncə də “Boka Xuniors”un baş məşqçisi olub. O, 1998 – 2001-ci illərdə və 2003-2004 mövsümündə klubun sükanı arxasına keçib. Byanki bu komandanı çalışdırdığı dövrlərdə 4 dəfə Argentina çempionluğu, 3 dəfə Libertadores Kuboku və 2 dəfə də Qitələrarası Kuboku qazanıb. Argentinalı mütəxəssisin sonuncu iş yeri isə Madrid “Atletiko”su (2005-2006) olub.