II dövrənin startı baş tutmadı
21.12.2012 - 15:20
Bu gün keçirilməli olan qadın voleybolçular arasında Super Liqanın II dövrəsinin startı təxirə salınıb. Apasport.az saytının məlumatına görə, VIII turda baş tutmalı olan görüşlərin heç biri oynanılmayacaq.
Tur isə qeyri-müəyyən vaxt kimi təxirə salınıb. Buna səbəb Voleybol Mərkəzinin bu gün rəsmi açılış mərasiminin olmasıdır.
Təxirəsalma Super Liqanın növbəti turunun da tarixinə təsirsiz ötüşməyib. Belə ki, dekabrın 24-də keçirilməli olan IX turun matçları 1 gün öncə olacaq.
Qeyd edək ki, VIII turda “Telekom” “Lokomotiv”i, “Lokomotiv Biləcəri” “Bakı-Azəryol”u, “Azərreyl” isə “İqtisadçı”nı sınağa çəkməli idi.

0
0