Bürünc mükafatçımız İsveçrədən Koreyaya yollandı
21.12.2012 - 11:11
Bürünc mükafatçımız İsveçrədən Koreyaya yollandı
“Bakı” ilə Super Liqanın bürünc mükafatını qazanan Keti Kater İsveçrə klubunda çox duruş gətirə bilməyib. Apasport.az saytının məlumatına görə, 1 il Azərbaycanda oynamış voleybolçu “Volero” ilə yollarını ayırıb.

Lakin o çox işsiz qalmayıb və Asiyaya üz tutub. Kater Koreyanın “Ariels” klubu ilə razılığa gələrək, mövsümün sonuna kimi onlarla anlaşıb.

Qeyd edək ki, “Volero”nu “Rabitə” və “Lokomotiv”in sabiq baş məşqçisi Draqutin Baltiç çalışdırır.