İlham Əliyev “Azəryol” klubunun inzibati binasının açılışında iştirak edib
22.12.2012 - 00:24
İlham Əliyev “Azəryol” klubunun inzibati binasının açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 21-də “Azəryol” voleybol klubunun inzibati binasının, voleybol meydançasının və “Azəryol” otelinin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə inzibati binada yaradılan şəraitlə tanış olub.

Azərbaycan Voleybol Federasiyasının prezidenti, nəqliyyat naziri Ziya Məmmədov prezidentə məlumat verib ki, müasir memarlıq üslubunda ən son texnologiyalar əsasında inşa olunan binanın tikintisinə ötən il başlanılıb.

Burada inzibati otaqlar, iki VİP tamaşaçı lojası, müasir avadanlıqla təchiz edilmiş konfrans zalı, 100 nəfərlik yeməkxana, tibbi yardım və digər otaqlar var.

Prezident “Azəryol”, “Azərreyl”, “Lokomotiv” və “Telekom” voleybol komandalarının oyunçuları və məşqçiləri ilə görüşüb.

Dövlət başçısına Azərbaycan Voleybol Federasiyasının hədiyyə topu və üzərində idmançıların imzaları olan voleybol topu hədiyyə edilib.

Sonra prezident “Azəryol” otelində yaradılan şəraitlə tanış olub.