“Rabitə” çətin, “İqtisadçı” asan sınaq qarşısında
22.12.2012 - 11:00
“Rabitə” çətin, “İqtisadçı” asan sınaq qarşısında
Sabah qadın voleybolçular arasında Super Liqasının IX turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, 1 gün öncə baş tutacaq turda “Azərreyl” istirahət edəcəyindən ən azı növbəti tura kimi üçhakimiyyətliliyə son qoyulacaq.

Günün mərkəzi oyunu “Lokomotiv” – “Rabitə” görüşüdür. Qarşılaşmada ikincilər favorit olsalar da, “dəmiryolçular”dan da sürpriz gözləməyə dəyər. Çünki əsas rəqiblərindən xeyli geri qalan “Lokomotiv” ilk dövrədəki məğlubiyyətlərin əvəzini çıxmağa çalışacaq.

Lakin “Rabitə”nin də onlara son illərdə uduzmadığını və turnir cədvəlində liderlər qrupundan geri düşməməsini nəzərə alsaq, son çempion da 3 xalı hədəfləyib. Bunun üçün görüşün gərgin keçəcəyi gözlənilir.

Turun açılış matçında “Lokomotiv Biləcəri” “İqtisadçı” ilə üz-üzə gələcək. Universitet komandasının asan qalib gələcəyi və xal ehtiyatını artıracağı daha inandırıcıdır.

Bu qarşılaşmadan fərqli, “Bakı-Azəryol” – “Telekom” matçında hər 2 komandanın qalib gəlmək şansı var. Düzdür, ilk dövrədə “birləşmiş klub” qələbə qazanıb. Amma debütantın artıq müəyyən təcrübə toplaması bu dəfə rəqibin ziyanına işləyə bilər. Bu səbəbdən “Telekom”un ən azı 1 xal götürməsi sensasiya kimi qiymətləndirilməyəcək.

23 dekabr
IX tur

15:00. “Lokomotiv Biləcəri” – “İqtisadçı”
İlk oyun: “İqtisadçı” – “Lokomotiv-Biləcəri”- 3:0 (25:13, 25:11, 25:16)

17:00. “Bakı-Azəryol” – “Telekom”
İlk oyun: “Telekom” – “Bakı-Azəryol” - 0:3 (22:25, 10:25, 14:25)

19:00. “Lokomotiv” – “Rabitə”
İlk oyun: “Rabitə” – “Lokomotiv” - 3:1 (25:19, 15:25, 25:21, 25:21)

1
Azərreyl
6
5
1
16-5
526-428
15
2
İqtisadçı
6
5
1
16-5
510-421
15
3
Rabitə
6
5
1
16-6
526-447
15
4
Lokomotiv
6
3
3
12-10
505-462
9
5
Bakı-Azəryol
6
2
4
8-13
453-481
6
6
Telekom
6
1
5
3-15
320-437
3
7
Lokomotiv Biləcəri
6
0
6
2-18
305-473
0