“Hündürboy qız görəndə, durub tamaşa edirlər” MÜSAHİBƏ
22.12.2012 - 16:45
Bolqarıstan milli komandasının və Bakının “Telekom” klubun voleybolçusu Xristina Ruseva müsahibə verib. Apasport.az saytının məlumatına görə, Bolqarıstan mətbuatına müsahibəsində idmançı ölkəmiz və voleybolumuz haqda danışıb.
- Azərbaycana getməzdən öncə İtaliyada çıxış edirdiniz. İki ölkə arasında hansı fərqləri görürsünüz?
- İtaliyada həyat daha sakit idi. Azərbaycanda bir az fərqlidir. Oranın insanları nisbətən balaca boya malikdir. Hündürboy qız görəndə, durub tamaşa edirlər. Onlar kənar şəxs görəndə də yaxınlaşıb sorğu-suala tutur, nəyə ehtiyacı olduğunu soruşur, kömək etməyə çalışırlar. Azərbaycanda qadınlara çox hörmət edirlər. Bu da adamda böyük təəssürat yaradır. İlk vaxtlar belə fərqə öyrəşə bilmirdim. İndi isə bütün bunlar çox xoşuma gəlir.
- İtaliya ilə müqayisədə başqa hansı fərqlər görünür?
- Orada kiçik şəhərdə yaşayırdıq. Hamı da bizi tanıyır, bizi sevirdilər. Bakıda isə bütün komandalar bir şəhəri təmsil edir. Küçədə bizi görəndə maraqlanırlar ki, hansı komandanın üzvüyük. Oyunlar zamanı isə zal dolu olur. Qadın voleybolu Azərbaycanda çox populyardır.
- Bakıda başınıza gələn ən maraqlı hadisəni danışa bilərsiniz?
- Bir dəfə komandanı aparan avtobusun sürücüsü bizi məşq zalına aparırdı. Azərbaycan dilində nə isə dedi. Mən də ona rusca dedim ki, sizin dilinizi başa düşmürəm. Sürücü bizimlə rusca danışmağa başladı. Sözünü kəsib ingilscə ona dedim ki, bəs mən yalnız ingilis dilini bilirəm. O yenə mənim istəyimi nəzərə alıb ingiliscə danışmağa başladı. Amma mən də ondan əl çəkmədim. Bu dəfə italiyan dilində başqa dili bilmədiyimi dedim. Səbr kasası daşan sürücü ingiliscə dedi ki, ay qız italyanca bilmirəm.
- Orada sizə diqqət çoxdurmu?
- Küçələrdə bizə elə baxırlar ki... Bəzən bu baxışlar bizi dəlib keçir. Yolda maşınları saxlayıb hara lazımdırsa aparmaq üçün əl çəkmirlər.
- Bəs Azərbaycan kişiləri necədir? İtaliyalılarla müqayisə edə bilərsiniz?
- Nə bilim? Mənim basketbolçum Aleksandr Yanev var da. Mənim üçün hamıdan gözəl odur.
- Boş vaxtlarınızı necə keçirirsiniz?
- Bunda da bəxtim gətirib ki, Bakıda bolqar voleybolçular çoxdur. Mariya Filipova, Dobriana Rabadjieva, onun qardaşı Stoyço vAxtımızı bir yerdə keçiririk. Gecələr şəhəri gəzməyi sevirəm. Bakı gecələrə çox gözəl olur.
- Bakıda ən sevimli yeriniz haradır?
- “Hilton” otelinin 25-ci mərtəbəsindəki restoran çox xoşuma gəlir. Oradan həm şəhər, həm də dəniz gözəl görünür.
- Orada nə yeyirsiniz?
- Oranın yeməkləri Bolqarıstandakına oxşayır. Çörəyi isə çox dadlıdır. Bu isə pisdir. Adam çox yemək istəyir.
- Bakıda çatışmayan nəyinizsə var?
- Əlbəttə. Qohumlarım, yaxınlarım üçün çox darıxıram. İlk vaxtlar daha çətin idi. İndi nisbətən öyrəşirəm.

0
0