“Azərbaycan klub voleybolunun səviyyəsi məni çox təəccübləndirdi”
22.12.2012 - 17:45
“Müəyyən səbəblərdən Brest voleybol məktəbinin yetirmələri Belarus klublarında oynamayıb başqa ölkələrə üz tutur. Məsələn elə Azərbaycana”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belarusun “Atlant” voleybol klubunun baş məşqçisi Boris Kolyada deyib.
O, belaruslu voleybolçuların Azərbaycana axınından gileylənib: “Klublarımızın iqtisadı durumu Azərbaycan təmsilçiləri ilə müqayisəyə gəlməz. Bu da voleybolçularımızın axınının əsas səbəbidir. Yalnız millidə oynayanlar gedə bilmir. Hamını da milliyə bağlamaq olmur ki. Bu, tək bizim yox, ukraynalıların da problemidir. Azərbaycan klub voleybolunun səviyyəsi məni çox təəccübləndirdi. Mən bunu adi yoxlama oyununda da gördüm. Azərbaycan və Belarus millilərinin oyununa getdiyim vaxt “Rabitə” ilə “Lokomotiv” arasında yoldaşlıq görüşünü izləyəndə bunun şahidi oldum”.

0
0