“Rabitə” serbiyalı ilə müqaviləni pozdu - FOTO
25.12.2012 - 13:08
“Rabitə” serbiyalı ilə müqaviləni pozdu - FOTO
“Rabitə” serbiyalı voleybolçusu Suzana Sebiçlə yollarını rəsmən ayırıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun heyətində gözlənilən oyunu nümayiş etdirə bilməyən 28 yaşlı libero ilə müqavilə qarşılıqlı şəkildə pozulub.

Artıq vətəninə dönən Sebiçin yeni ildən İtaliyada oynayacağı gözlənilir. Apennin yarımadasından təkliflər alan voleybolçu bu günlərdə son qərarını açıqlayacaq.

Suzana mövsümün əvvəlində “Rabitə”yə transfer olunmuşdu.

Qeyd edək ki, hazırda Bakı təmsilçisinin heyətində libero mövqeyində dominikalı Brenda Kastillo oynayır.