Nadal Əbu-Dabi turnirindən kənarda qaldı
26.12.2012 - 02:37
Nadal Əbu-Dabi turnirindən kənarda qaldı
6 aydır zədəsini sağaldan Rafael Nadal indi də mədəsindəki virusdan əziyyət çəkir. Apasport.az saytının məlumatına görə, bu barədə ispaniyalı tennisçinin özü “Facebook” sosial şəbəkəsində bildirib:

“Mədə virusundan qızdırmam qalxdı. Hazırda həkim nəzarətindəyəm. Onlar mənim tennis oynamağıma icazə vermirlər. Amma mən Avstraliya açıq birinciliyinə qədər hazır olacağam”.

Qeyd edək ki, Rafael Nadal dekabrın 27-də Əbu-Dabidə start verəcək turniri hazırlaşırdı.