Axtyamovun qolu sonuncu, Boqyununku isə 1-ci oldu - VİDEO
26.12.2012 - 10:23
Moldovada 2012-ci ilin ən yaxşı qoluna aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, sorğuda iştirak etmiş 755 adam il ərzində vurulmuş 24 ən yaxşı qoldan birinə səs verib.
Sorğuda ötən mövsümün son 6 ayı ərzində “Tiraspol”da çıxış etmiş milli komandanın sabiq hücumçusu Daniel Axtyamovun qolu da iştirak edib. Onun 19-cu turda “Kostulenı”nın qapısından uzaq məsafədən vurduğu 3-cü top ən yaxşı qollar sırasında yer alıb. Ancaq bu qola cəmi 1 səs verilib və sonuncu olub.
Ən yaxşı qol isə AZAL-ın sabiq hücumçusu, hazırda “Milsami”də oynayan Georgi Boqyununku seçilib. Respondentlərin 154-ü (20.39%) cari mövsümün 1-ci turunda “Akademiya”nın qapısından vurulan qolu ən yaxşı sayıb.
Qeyd edək ki, Axtyamov hazırda Rusiyanın regional futzal komandası olan “Aist”də çıxış edir. Boqyu isə yayda AZAL-dan ayrıldıqdan sonra Moldovaya qayıdıb və ilk 6 ay ərzində çempionatın bombardiri olmaqla milliyə də çağırılıb.

0
0