Azərbaycan çempionatına yeni komanda qoşuldu
26.12.2012 - 17:49
Azərbaycan çempionatına yeni komanda qoşuldu
Kişi basketbolçular arasında Azərbaycan çempionatında iştirakçıların sayında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası yarışa qatılan “5-liyə” qoşulub.

Bu artıq baş tutan ilk turdan sonra gerçəkləşdiyindən “tələbələr” birinci oyun günündə istirahət edən “Qala” ilə qarşılaşıb. Bu gün keçirilən matçda ölkənin ən titullu klubu qalib gəlib. Elxan Əliyevin yetirmələri 92:71 hesabı ilə rəqiblərini məğlub ediblər.

Qeyd edək ki, dekabrın 22-də keçirilən ilk turun digər 2 oyununda “NTL-Maxxsis” “Gəncə”ni 85:59, AZTOP isə BDU-ya 66:64 hesabı ilə qalib gəlmişdi.