Rəqibimiz ilə Bazeldə yekun vuracaq
26.12.2012 - 18:38
Rəqibimiz ilə Bazeldə yekun vuracaq
Azərbaycan çempionu “Rabitə”nin Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kann” ili beynəlxalq turnirdə iştirakla başa vuracaq. Apasport.az saytının məlumatına görə, Fransa klubu sabah İsveçrənin Bazel şəhərində start götürəcək “Top Volley İnternational”a qatılacaq.

Ötən il məhz “Rabitə”nin qalib olduğu yarışın qalibi dekabrın 29-da bilinəcək.

Qeyd edək ki, Bakı klubu 2011-ci ildə Bazeldə qrup mərhələsində “Kann”a 3:0, finalda 3:1 hesabı ilə qalib gəlmişdi. Fransalılar “Rabitə” ilə ilk görüşünü yanvarın 16-da evdə keçirəcəklər.