Metselder komandasını tərk edir
27.12.2012 - 06:28
Çempionlar Liqasının 1/8 final mərhələsində “Qalatasaray”la qarşılaşacaq “Şalke” mövsümün sonunda müdafiəçisini itirəcək. Apasport.az saytının “Revier Sport”a istinad məlumatına görə, mövsümün sonunda alman klubu ilə müqaviləsi başa çatacaq Kristof Metselder komandadan ayrılacaq.
Almaniya milli komandasının da heyətində çıxış etmiş müdafiəçi müqaviləsinin müddətini yeniləməyəcəyini bildirib. Həmçinin 32 yaşlı futbolçu bundan sonra karyerasını harada davam etdirəcəyini də müəyyənləşdirib:
“Mövsümün sonunda müqaviləmin müddəti başa çatdığı üçün “Şalke”dən ayrılacağam. Qışdan sonra isə nə edəcəyimlə bağlı qərarımı verəcəyəm. Ancaq karyeramda dəyişiklik olsun deyə, Amerika MLS liqasında çıxış etmək istəyirəm. Lakin hansı komandaya keçəcəyimi isə hələ müəyyənləşdirməmişəm”.
Qeyd edək ki, Metselder 2010-cu ildən “Şalke”in formasını geyinir. O, 48 oyunda meydana çıxıb və 2 qola imza atıb.Müdafiəçi 3 mövsüm isə “Real”ın (2007-2010) heyətində çıxış edib.

0
0