Natalya Məmmədova üçün yeni tarix
27.12.2012 - 09:44
Natalya Məmmədova üçün yeni tarix
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka”nın CEV kubokunda “Tomis”lə cavab matçının vaxtı bilinib. Apasport.az saytının məlumatına görə, “Çelenc raund”un ilk oyununa yanvarın 15-də Rumıniyada çıxacaq Omsk təmsilçisi ev qarşılaşmasını 8 gün sonra keçirəcək.

Yanvarın 23-nə təsadüf edəcək matç Bakı saatı ilə 16:00-da başlayacaq.

Qeyd edək ki, “Omiçka” yarışın 1/8 finalında “İqtisadçı”ya, 1/4 finalında “Bakı-Azəryol”a qalib gəlib.