Şarapovadan şad xəbər
28.12.2012 - 07:28
Şarapovadan şad xəbər
Rusiyalı tennisçi Mariya Şarapova boynundakı ağrılara baxmayaraq Avstaliayda təşkil ediləcək turnirə qatılacaq. Apasport.az saytının məlumatına görə, dünya reytinq cədvəlinin ikinci pilləsində qərarlaşan 25 yaşlı tennisçi bu gün sözügedən qitəyə yollanacaq.

Qeyd edək ki, Mariya Şarapova bir neçə gün bundan öncə zədəsi olduğu üçün Cənubi Koreyada keçirilən tennis turnirindən vaz keçmişdir.