“Qalatasaray”a dərs
28.12.2012 - 10:17
“Qalatasaray”a dərs
Qadın voleybolçular arasında ənənəvi “Top Volley İnternational” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, Bazeldə keçirilən yarışın ilk günündə “Rabitə”nin Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kann” 2 matça çıxıb.

Fransa təmsilçisi birinci Türkiyə “Qalatasaray”ı ilə qarşılaşıb. Viktoriya Ravvanın komandası “Dördlər finalı”na ev sahibliyi edəcək “sarı-qırmızılar”a heç bir şans verməyiblər – 3:1 (25:20, 25:20, 20:25, 29:27).

Ardınca “Kann” Polşanın “Bank Fakro” klubu ilə üz-üzə gəlib. Bu matç da rəqibimizin asan qələbəsi ilə yekunlaşıb – 3:0 (25:17, 25:22, 25:18).

Digər görüşlərdə isə “Dinamo-Romprest” (Rumıniya) “Volero” (İsveçrə) və “Sesi San Paolo” (Braziliya) uduzub. Qarşılaşmalarda müvafiq olaraq, 1:3 (16:25, 18:25, 25:21, 19:25) və 0:3 (17:25, 14:25, 16:25) hesabı qeydə alınıb.

Turnirin qalibi sabah bilinəcək.

Qeyd edək ki, analoji yarışın son qalibi “Rabitə”dir.