“O, maliyyə problemi yaşamayan Azərbaycan klubuna yollandı”
28.12.2012 - 13:24
“O, maliyyə problemi yaşamayan Azərbaycan klubuna yollandı”
Hollandiya yığmasının voleybolçusu, “Lokomotiv”ə transfer olunan Maret Qrotuesin İtaliya “Giaveno”dan ayrılmasının səbəbi məlum olub. Apasport.az saytı xəbər verir ki, Apennin təmsilçisi ilə vidalaşan 24 yaşlı hücumçu komandanı maliyyə böhranına görə tərk edib. Bunu onun meneceri Teo Holland açıqlayıb.

O bildirib ki, İtaliya klublarının maliyyə durumu Azərbaycanla müqayisədə daha aşağıdır: “Maret “Giaveno”da qalıb komandaya kömək etmək istəyərdi. Təbii ki, çətin durumda olan kollektivə kömək etmək yaxşı şeydir. Lakin bu bir dəfə olar. O artıq yarım mövsüm bu komandadan yardımını əsirgəmədi. İndi isə bütün tərəflər bu keçiddən məmnundurlar. Klubun özü də artıq voleybolçunun maaşını ödəmək iqtidarında olmadığını açıqlayıb. Bu səbəbdən də belə problemin olmadığı Azərbaycana yollandı”.

Qrotuesin Azərbaycana gəlişi ilə Super Liqanda hollandiyalıların sayı 4-ə çatıb. Ondan öncə Manon Flier, Debbi Stam və Karolina Vensink “Azərreyl”ə gəliblər.