“Rabitə”ni bizim klubla müqayisə etmək olmaz” MÜSAHİBƏ
28.12.2012 - 13:49
“Kann” klubunun prezidenti Anna Kourtade Fransa mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, Kann təmsilçisinin rəhbəri Çempionlar Liqasında “Rabitə” ilə oyundan və Bakı haqda təəssüratlarından danışıb.
- Çempionlar Liqasının pley-off mərhələsində Bakının “Rabitə” klubu ilə qarşılaşacaqsınız. Rəqib haqda hansı məlumata maliksiz?
- “Rabitə” əla komandadır. Elə imkanları var ki, bizimlə müqayisə etmək mümkün deyil. Ötən il Bakıda keçirdiyimiz son “Dördlər finalı”ndan yaxşı xatirələrim qalıb. Onda yerli publika bizə qarşı idi və azarkeşlər finalda rəqibimiz olan “Fənərbaxça”nı dəstəkləyirdilər.
- “Rabitə” ilə oyunda nəyə ümid edirsiniz?
- Bütün gücümüzü səfərbər edib, əlavə emosiyalarla mübarizə aparmalıyıq. Həmçinin, bu fakt da var ki, sabiq voleybolçumuz Aleksandra Fomina indi rəqibin şərəfini qoruyur.
- Fominanın uzun illər “Kann”ın şərəfini qoruduğunu nəzərə alsaq, bu matç hər 2 tərəf üçün xüsusi əhəmiyyət kəsb edəcək...
- Aleksandra 10 il bizimlə birgə oldu. 2 dəfə - 2002, 2003-cü illərdə Çempionlar Liqasını qazanmaqda böyük kömək etdi. Fomina sonda Fransa vətəndaşlığını aldı. Hərçənd, özü Ukraynada, uşağı Kannda anadan olub. Möhtəşəm döyüşçü ruhuna malik dahi oyunçudur. Təəssüf ki, ötən mövsümün sonunda klubumuzu tərk etmək məcburiyyətində qaldı. Biz voleybolçu ilə büdcəmizin az olması səbəbindən ayrıldıq. Ancaq Fomina həmişə ailəmizin bir hissəsi olacaq. Biz onunla sıx əlaqədəyik.
- Onunla yanaşı, komandadan bir neçə voleybolçu da getdi. Heyətdə köklü dəyişiklikləri necə izah edərdiz?
- 2012/2013 mövsümündə iştirak ərizəsinə daxil etdiyimiz 14 oyunçudan 7-si dəyişib. 6 voleybolçu ilə müqavilə imzaladıq və 18, 19 yaşlı 3 oyunçunu da heyətimizə qatdıq. Onu da nəzərə almalıyıq ki, komandamızın bəzi üzvləri zədə səbəbindən kənarda qalıb. Serbiyalı toppaylayıcımız Anna Antoniyeviçin çiynində zədəsi var. London Olimpiadasını buraxan bu voleybolçunun 2 ayda heç bir hazırlığı olmayıb və yenicə məşqlərə qatılıb. Milena Rasiç isə əməliyyat olunduğundan 3 ay bərpa prosesi keçəcək. Yaxşı ki, heyət genişdir və biz həmişə veteran oyunçulara, habelə səviyyəli baş məşqçimizə bel bağlaya bilərik.
- Amma pley-off mərhələsinə də asan düşmədiniz...
- Belə deməzdim. Hətta bu mövsümün əvvəllərində bəzi problemlərimiz olsa da, qrupda çıxışımızdan razı qala bilərik. Çünki nəticələrimizi daim yaxşılaşdırırıq. Mən xüsusilə qrup mərhələsinin son turunda “Uraloçka” ilə Rusiyadakı həlledici oyundan çox razı qaldım.

0
0