“Sevinməli bir şey yoxdur” - MÜSAHİBƏ
28.12.2012 - 18:40
“Azərreyl”in baş məşqçisi Alessandro Çiappini Polşa mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Çempionlar Liqasında iştiraka və Bakı “Lokomotiv”i ilə pley-off mərhələsində oyunlarına toxunub.
- Çempionlar Liqasının püşkatmasında bəxtinizə “Lokomotiv” düşdü. Bundan razı qaldınızmı?
- Püşkdən razı qaldım. Hər 2 qarşılaşma Bakıda keçiriləcək ki, biz də uzaq yol qət etməli olmayacağıq. Həm də rəqiblə eyni çempionatda oynadığımızdan, onları yaxşı tanıyırıq. “Lokomotiv”ə hörmətlə yanaşırıq. Son oyunlarını izləmişik, çox yaxşı formadadır və yüksək səviyyəli voleybol nümayiş etdirir. Buna görə də bizi çətin qarşılaşmalar gözləyir.
- Qrup mərhələsinin oyunlarını qısa necə şərh edərdiz? Həmin mərhələdə “Əczaçıbaşı”na 2 dəfə məğlub oldunuz...
- Əlbəttə, voleybolçulardan o qədər də razı deyiləm. İlk 2 oyundakı qələbədən sonra Türkiyə klubuna uduzduq. Fikrimcə, rəqibimiz yarışın əsas favoritlərindən biridir ki, bizi də öz meydanında məğlub etdi. Amma öz meydanımızda revanş ala bilmədik. Bir sözlə, qrup mərhələsində 3 qələbə qazanıb, eyni sayda da uduzmuşuq. Burda sevinməli bir şey yoxdur. Mənim üçün əsas odur ki, növbəti mərhələyə yüksəlmişik.
- Komandanızın ümumi səviyyəsini necə dəyərləndirirsiniz və hansı çatışmazlıqlar üzərində işləyirsiz?
- Ümumi oyun səviyyəmizi yaxşılaşdırmaq üçün gərgin hazırlıq keçirik. Etiraf etməliyəm ki, komandamın indiki durumu heç də optimal səviyyədə deyil. Məqsədim komandanı maksimum hazırlayıb, çətin vəzifənin öhdəsindən gəlməyə kökləməkdir. Yalnız bu halda irəli getmək haqda düşünə bilərik. Biz bütün oyun elementləri üzrə işləyirik, həmçinin matçlarda buraxdığımız səhvləri daim diqqətdə saxlayıb, onları aradan qaldırmaq üçün səylərimizi əsirgəmirik.
- Çempionlar Liqasının qrup mərhələsində hansı komanda sizə daha yaxşı təsir bağışladı?
- Klubların çoxu məndə yaxşı fikir oyatdı. Amma daha maraqlı oyun göstərənlər “Vakıfbank”, “Əczaçıbaşı”, “Dinamo” (Kazan), “Lokomotiv”, “Rabitə”, “Qalatasaray” və lazımı nəticə göstərməyə nail olan “Atom”dur.
- Ümumilikdə yarışın səviyyəsi haqda nə düşünürsüz?
- Bu mövsüm Çempionlar Liqasının səviyyəsi çox yüksəkdir. Turnirin qalibi olmağa namizədlərin siyahısı da həddən artıq genişdir.
- Bəs İtaliya klublarının çıxışını necə dəyərləndirirsiz? Artıq onların Avropada hegemonluq etdiyi illər arxada qalıb ki, “Foppapedretti” ilə “Skavolini” Çempionlar Liqasının ayrılmaz hissələri idi...
- Belə düşünürəm ki, İtaliya çempionatının ümumi səviyyəsi müəyyən qədər aşağı düşüb. Bu da maliyyə məsələləri ilə bağlı ola bilər. Çünki bir çox ulduz voleybolçular İtaliyanı tərk edib. Bu hələlik “Novara” ilə “Yamamay”a tam aid deyil. Çünki onlar bəzi yaxşı oyunçularını saxlamağa nail olublar. Lakin siz bir faktı inkar edə bilməzsiz ki, voleybol dünya xəritəsində şərqə doğru gedib.
- Komandanızda forma geyinən polşalı Milena Radeçka barədə fikirləriniz maraqlıdır...
- O dahi idmançıdır və onunla çalışmaq məmnunluq hissi yaradır. Hər gün Milenanın yeni-yeni bacarıqları üzə çıxır, xüsusilə də fiziki baxımdan. Bu mövsümün əvvəlində aşkar göründü. O uzun fasilədən sonra özündə güc tapıb meydana qayıda bildi. Ümid edirəm ki, o “Azərreyl”lə birgə məqsədlərimizə çatmağımızda böyük kömək olacaq.
- Mövsüm üçün nəticə baxımından əsas məqsədiniz nədir?
- Bizim ilk və əsas məqsədimiz Azərbaycan çempionatında ötən mövsümkü nəticəni yaxşılaşdırmaqdır. Lakin bu asan olmayacaq. Çünki bu çempionatda tək biz deyil, digər klublar da güclənməkdə davam edir. Onların hər birinin yaxşı heyətləri var. Bunun üçün də Super Liqanın qalibi olmaq çox çətindir. Çempionlar Liqasına gəlincə, burada Rusiya və Türkiyə klubları, həmçinin “Yamamay” çox təhlükəli rəqiblərdir. Biz çalışacağıq ki, bu çətin yarışda mümkün qədər irəli gedək.

0
0