Rəqibimiz finalda
29.12.2012 - 09:44
Qadın voleybolçular arasında ənənəvi “Top Volley İnternational” turnirinin finalçılarının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Bazeldə keçirilən yarışın ikinci günündə qrup mərhələsinə yekun vurulub və yarımfinal matçları baş tutub.
“Rabitə”nin Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kann” 1/2 finala qrup qalibi kimi yüksəlib və finala gedən yolda “Volero”nu (İsveçrə) mübarizədən kənarlaşdırıb – 3:2 (25:17, 22:25, 25:10, 20:25, 15:13).
Digər yarımfinal cütündə isə “Sesi San Paolo” (Braziliya) “Qalatasaray”ı 3:1 (25:20, 25:21, 20:25, 25:20) məğlub edib.
Beləliklə, bu gün başa çatacaq turnirin finalında “Kann” “Sesi San Paolo” sınağa çəkəcək. Üçüncü yer uğrunda isə “Volero” “Qalatasaray”la oynayacaq.
Qeyd edək ki, “Dinamo-Romprest” (Rumıniya) və “Bank Fakro” (Polşa) qrup mərhələsində hər 2 oyunu uduzduğundan yarışla vidalaşıblar.

0
0