Cokoviç 2012-ci ili qələbə ilə başa vurdu
29.12.2012 - 21:30
Cokoviç 2012-ci ili qələbə ilə başa vurdu
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində təşkil edilən ATP seriyalı tennis turnirin qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, serbiyalı tennisçi Novak Cokoviç finalda qarşılaşdığı ispaniyalı Nikolas Almaqronu məğlub edərək turnirin qalibi olub.

İlk hissədə rəqibinə 6:7 hesabı ilə uduzan dünya reytinq cədvəlinin lideri, daha sonra digər 2 seti 6:3, 6:4 hesabı ilə xeyrinə tamamlayıb.

Qeyd edək ki, Bu turnirin mükafat fondu 250 000 dollardır.