“Almanlar səhvi bağışlamırlar”
30.12.2012 - 05:55
“Almanlar səhvi bağışlamırlar”
“Qalatasaray”ın futbolçusu Həmid Altıntop Çempionlar Liqasının 1/8 final mərhələsində “Şalke” ilə qarşılaşmadan öncə maraqlı açıqlama verib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinad məlumatına görə, Türkiyə milli komandasının üzvü sabiq komandasına qarşı oynayacağı üçün sevindiyini bildirib.

30 yaşlı yarımmüdafiəçi bu qarşılaşmanın “Cim-Bom” üçün çətin olacağını ifadə edib:

“Sabiq komandam “Şalke” ilə üz-üzə gəlməyimiz mənim üçün həqiqətən sevindiricidir. Mükəmməl arena və gözəl şəhər bizi gözləyir. Çox intizamlı komandaya qarşı mübarizə aparacağıq və oyunda bir an belə səhv etməməliyik. Onlara yuxarıdan aşağı baxmaq lazım deyil. Əks təqdirdə bizim üçün pis nəticələnə bilər. Həmçinin almanlar səhvi bağışlamır”.

Qeyd edək ki, Həmid Altıntop 2003-2007-ci illərdə “Şalke”nin heyətində çıxış edib. O, 113 matçda meydana çıxıb və 8 qola imza atıb.