“Rabitə”nin rəqibi kubok qazandı - FOTO
30.12.2012 - 10:45
“Rabitə”nin rəqibi kubok qazandı - FOTO
Qadın voleybolçular arasında ənənəvi “Top Volley İnternational” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bazeldə keçirilən yarışın sonuncu günündə həlledici matçlar baş tutub.

“Rabitə”nin Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kann” I yer uğrunda oyunda “Sesi San Paolo” (Braziliya) ilə qarşılaşıb. Fransalılar 3:1 (25:19, 23:25, 25:20, 25:18) hesabı ilə qalib gələrək yarışın qalibi olublar.

Qeyd edək ki, ötən il də bu turnirin finalına yüksələn “Kann” həmin vaxt Azərbaycan çempionu “Rabitə”yə uduzmuşdu. Təmsilçimizin yoxluğunda isə fransalılar kuboka sahib oldu.