Millimiz İspaniya yığmasına şok yaşatdı
04.01.2013 - 10:07
18 yaşadək voleybolçu qızlar arasında Avropa çempionatının seçmə mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, E qrupunda yer alan Azərbaycan millisi yarışa uğurla başlayıb.
Belə ki, Aleksandr Çervyakovun rəhbərlik etdiyi komanda qrup mərhələsinin ilk qarşılaşmasında İspaniya millisi ilə üz-üzə gəlib. Görüş gözlənilənlərin əksinə, komandamızın möhtəşəm qələbəsi ilə yekunlaşıb. Voleybolçularımız 2 dəfə hesabda geri düşmələrinə baxmayaraq, 3:2 (16:25, 25:23, 12:25, 25:21, 15:11) hesablı qələbəyə seviniblər.
Qrupumuzun digər matçlarında isə Fransa Finlandiyaya, Yunanıstan Danimarkaya 3:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, qrupumuzun oyunları Yunanıstanda keçirilir və yığmamız bu gün ev sahibləri ilə gücünü yoxlayacaq.

0
0