Azərbaycanda yeni bombardir
04.01.2013 - 10:20
Azərbaycanda yeni bombardir
Voleybolçu qızlar (U-18) arasında Avropa çempionatının seçmə mərhələsinin ilk turunda Azərbaycan – İspaniya matçının qəhrəmanı məlum olub. Apasport.az saytının məlumatına görə, 3:2 hesabı ilə qalib gəldiyimiz oyunun qəhrəmanı adına Nikalina Başnakova layiq görülüb.

Təmsilçimiz ispanları nə az, nə çox – 27 (!) dəfə cəzalandırıb. Aleksandr Çervyakovun rəhbərlik etdiyi komandanın digər üzvlərindən Yuluya Pşeniçnıx 24, Viktoriya Qaluşko 5, Lyubov Qaluşko 3, Nisəxanım Həzrətli və Günay Bayramova hərəyə 1 xal toplayıb.

Rəqibin heyətində isə Mariya Fiqueroa daha məhsuldar olub. Onun aktivinə 22 xal yığıb.