Azərbaycan çempionu daha bir oyunçusu ilə vidalaşdı
04.01.2013 - 11:30
Son illərin dəyişməz Azərbaycan çempionu “Rabitə” daha bir voleybolçusu ilə rəsmən vidalaşıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi serbiyalı Suzana Sebiçin ardından belaruslu Yekaterina Zakrevskaya ilə yollarını ayırıb.
Belə ki, “Rabitə” əsasən ehtiyatda qalan oyunçusu ilə müqaviləni qarşılıqlı şəkildə pozub. Nəticədə Zakrevskaya Rusiyaya üz tutub. O, burada “Proton” klubu ilə anlaşıb və mövsümün sonuna kimi onların şərəfini qoruyacaq.
Qeyd edək ki, Yekaterina “Rabitə”yə mövsümün əvvəlində “Tomis” (Rumıniya) klubundan transfer olunmuşdu.

0
0