Yekaterina Qamova Natalya Məmmədovaya həsəd aparır
04.01.2013 - 11:49
Yekaterina Qamova Natalya Məmmədovaya həsəd aparır
Qadın voleybolçular arasında Rusiya Superliqasının 2012/2013 mövsümündə baş tutan 10 turun statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıya əsasən Azərbaycan millisinin hücumçusu Natalya Məmmədova bütün rəqiblərini qabaqlayır.

“Omiçka”nın şərəfini qoruyan təmsilçimiz 39 setdə 256 xal toplayaraq, çempionatda bombardirliyini davam etdirir. O, hər hissədə klubunun aktivinə orta hesabla 6,56 top yazdırıb. Məmmədova bunlardan 225-ini hücumdan, 22-ini blokdan və 9-unu topu oyuna daxil etmədən qazanıb.

Qeyd edək ki, ikinci yerdə qərarlaşın Yekaterina Qamovanın (“Dinamo”, Kazan) aktivində 221, Dərya İsayevanın (“Zariçye”) isə 208 dəqiq zərbə var.