Bakı derbisi bolqarıstanlı hakimə tapşırıldı
04.01.2013 - 13:14
Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yanvarın 16-da baş tutacaq Bakı – “Azərreyl” – “Lokomotiv” derbisi bolqarıstanlı İvaylo İvanovla estoniyalı Marqus Kuppa tapşırılıb.
Həmin gün Fransada “Kann”la qarşılaşacaq “Rabitə” isə oyuna Fabritsio Saltalippinin (İtaliya) start fiti ilə başlayacaq. Matçda köməkçi hakim funksiyasını almaniyalı Heyke Kraft yerinə yetirəcək.
Qeyd edək ki, “Kann” – “Rabitə” görüşü də yanvarın 16-da olacaq.

0
0