Ağayevanın komandası şansından istifadə edə bilmədi
04.01.2013 - 15:36
Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva Koreya çempionatında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin şərəfini qoruyan “Hyundai” lider İBK klubunun qonağı olub.
Son turları qələbə ilə başa vuran Ağayevanın komandası XV turda heç 1 set belə sevinə bilməyib – 0:3 (21:25, 16:25, 17:25). Yana isə görüşdə cəmi 9 xal toplayıb.
Beləliklə, XV turdan sonra III mərhələ başa çatıb və “Hyundai” 3-cü yerə yüksəlmək şansından istifadə edə bilməyib. Onlar 24 xalla yenə 4-cü pillədədirlər. Növbəti 3 xalı aktivinə yazan İBK isə 38 xalla vahid liderdir.
Qeyd edək ki, Koreya çempionatında hələlik fasilə yaranıb. Növbəti turun matçları yanvarın 15-də start götürəcək. “Hyundai” isə bir gün sonra oyuna çıxacaq və onların rəqibi yenə məhz İBK olacaq.

0
0