Yığmamızın hücumçusu sabiq klubuna gücünü göstərdi
04.01.2013 - 16:45
Yığmamızın hücumçusu sabiq klubuna gücünü göstərdi
Qadın voleybolçular arasında Rusiya Superliqasının XI turuna start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” 2013-cü ilin ilk matçında Krasnodar “Dinamo”sunu qəbul edib.

Oyun Omsk təmsilçisi üçün uğurlu alınıb. Məmmədova sabiq komandasına qalib gəlməkdə çətinlik çəkməyib - 3:1 (25:19, 30:28, 21:25, 26:24).

Nəticədə aktivinə 3 xal yazan “Omiçka” hələlik də olsa, 4-cü pilləyə yüksəlib. Onların aktivində 21 xalı var.

Qeyd edək ki, turnir cədvəlinə 10 görüşdən 27 xal toplayan Kazan “Dinamo”su başçılıq edir.