Qızlarımızın gözlənilməz məğlubiyyəti
05.01.2013 - 11:20
Qızlarımızın gözlənilməz məğlubiyyəti
Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət yığmamız Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, E qrupunda yer alan Azərbaycan millisi Yunanıstanda keçirilən yarışda 2-ci oyununda meydan sahiblərindən gözlənilməz məğlubiyyət alıb.

Belə ki, Aleksandr Çervyakovun rəhbərlik etdiyi komanda qrup mərhələsinin ilk oyununda güclü İspaniya millisinə qalib gələndən sonra yunanları yenməkdə çətinlik çəkməyəcəyini gözləmək olardı. Özü də komandamız oyunun gedişində hesabda 2:1 irəlidə olaraq, qalib gəlməyi üçün 1 set lazım imi. Ancaq millimiz ilk turda tay-brekdə qalib gəlmişdisə, bu dəfə uduzub – 2:3 (20:25, 25:21, 25:16, 15:25, 13:15)

Maraqlıdır ki, 4-cü setdə yunanlar hesabda 19:10 irəlidə olduqları zamanı oyun 30 dəqiqəlik dayandırılıb. Buna da səbəb zalda işıqların sönməyi olub.

Qeyd edək ki, Yunanıstan və Fransa 6 xalla qrupumuzda liderlərdir.