“Azərbaycan yığmasının 2 oyunçusunun qarşısını ala bilmirdik”
05.01.2013 - 11:50
“Azərbaycan yığmasının 2 oyunçudan asılı olduğunu bilirdik. Ancaq biz onları saxlaya bilmirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Yunanıstanın 18 yaşadək voleybolçulardan ibarət yığmasının kapitanı Olqa Strantzali deyib. O, ölkəsində keçirilən Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına 3:2 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirib.
O, yığmamızın adını açıqlamadığı 2 oyunçusunun qarşısını 4-cü setə kimi ala bilmədiklərini söyləyib: “Buna qədər həmçinin çoxlu səhvlər etdik. Bununla belə, sonda öz ritmimizi tapdıq və axır 2 seti qazanaraq, oyunu qələbə ilə bitirdik”.

0
0