Dəyişməz liderimiz
07.01.2013 - 10:41
Dəyişməz liderimiz
Voleybolçu qızlar (U-18) arasında Avropa çempionatının seçmə mərhələsinin IV turunda Danimarka – Azərbaycan oyunun ən yaxşısı bilinib. Apasport.az saytının məlumatına görə, 3:2 hesabı ilə qələbə qazandığımız matçın bombardiri adına Nikalina Başnakova layiq görülüb.

Voleybolçumuz rəqibindən 25 xal alıb. Aleksandr Çervyakovun digər yetirmələrindən Yuluya Pşeniçnıx 21, Viktoriya və Lyubov Qaluşkolar hərəyə 5, Nisəxanım Həzrətli ilə Günay Bayramova isə 2 xal toplayıb.

Rəqibin heyətində Naomi Molqard fərqlənib. O, 16 xal yığıb.

Qeyd edək ki, bundan öncəki matçlarda da Başnakova bombardir olub.