Fasilə bitdi: Liderlər autsayderlərə qarşı
07.01.2013 - 15:00
Fasilə bitdi: Liderlər autsayderlərə qarşı
Qadın voleybolçular arasında Super Liqanda yaranan fasilə sabah başa çatacaq. Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində baş tutacaq X turda liderlərin dəyişəcəyi inandırıcı görünmür.

Belə ki, günün ilk - “Rabitə” – “Bakı-Azəryol” matçı mərkəzi görüş sayılsa belə, son Azərbaycan çempionunun rəqibinə güzəştə gedəcəyi gözlənilmir. Çünki set fərqində əsas rəqiblərindən geri qalan Marçello Abbondanzanın yetirmələrinin bu dəfə “birləşmiş komandaya” “quru hesabla” qalib gələcəyi proqnozlaşdırılır.

Əksinə, “Bakı-Azəryol” rəqibini məğlub edərsə, ən azı 1 turluq 4-cü yerə yüksələcək. Avrokubokla vidalaşan Aleksandr Çervyakovunun komandasının bütün gücünü Super Liqaya qoyması da, “Rabitə”nin işini çətinləşdirəcək.

Bu görüşün ardınca “Telekom” – “İqtisadçı” qarşılaşması başlayacaq. Set fərqinə görə turnir cədvəlinə liderlik edən “tələbələr”in yenə asan qalib gələcəyi gözlənilir. Debütantın isə “İqtisadçı”dan 1 hissə alması özləri üçün uğur hesab olunacaq.

Turun son oyununda “Azərreyl”in “Lokomotiv Biləcəri” ilə duelində də sensasiyaya ümid bağlamaq yersizdir. Alessandro Çiappininin yetirmələrinin əsas rəqibləri kimi 3 xal qazanacağı sözsüzdür.

X tur
8 yanvar
15:00. “RABİTƏ” – “BAKI-AZƏRYOL”
İlk oyun: “BAKI-AZƏRYOL” – “RABİTƏ” - 1:3 (17:25, 34:32, 17:25, 21:25)

17:00. “TELEKOM” – “İQTİSADÇI”
İlk oyun: “İQTİSADÇI” – “TELEKOM” - 3:0 (25:22, 25:9, 25:21)

19:00. “LOKOMOTİV BİLƏCƏRİ” – “AZƏRREYL”
İlk oyun: “AZƏRREYL” – “LOKOMOTİV BİLƏCƏRİ” - 3:0 (25:11, 25:10, 25:12)

1

İqtisadçı

7

6

1

19-5

585-468

18

2

Rabitə

7

6

1

19-7

628-518

18

3

Azərreyl

6

5

1

16-5

526-428

15

4

Lokomotiv

7

3

4

13-13

576-564

9

5

Bakı-Azəryol

7

3

4

11-13

528-536

9

6

Telekom

7

1

6

3-18

375-512

3

7

Lokomotiv Biləcəri

7

0

7

2-21

352-548

0