Yığmamız Finlandiyaya məğlub oldu
07.01.2013 - 23:50
Yığmamız Finlandiyaya  məğlub oldu
18 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsini başa vurub. Apasport.az saytının məlumatına görə, Yunanıstanda keçirilən yarışda Aleksandr Çervyakovun yetirmələri qrupunun sonuncu oyununda Finlandiyaya yığması ilə üz-üzə gəlib.

Görüş qızlarımız üçün pis nəticələnib. Belə ki, millimiz rəqibinə 0:3 hesabı ilə uduzub və qrupu 4-cü yerdə tamamlayıb.

Qeyd edək ki, yığma komandamız IV turda danimarkalı həmyaşıdlarını 3:2 hesabı ilə məğlub etmişdir.