Liderlər mövqeyini qorudu - YENİLƏNİB
08.01.2013 - 20:12
Qadın voleybolçular arasında Super Liqanda yaranan fasilə bu gün başa çatıb. Apasport.az saytının məlumatına görə, 2013-cü ilin ilk oyun günündə Voleybol Mərkəzində X turun matçları keçirilib.
Belə ki, “Rabitə” – “Bakı-Azəryol” matçı mərkəzi görüş sayılsa belə, son Azərbaycan çempionu 3 xal qazanmaqda ciddi çətinlik çəkməyib. Düzdür, birinci hissə Aleksandr Çervyakovun yetirmələrinin əzmkar qələbəsi ilə başa çatıb. Onlar texniki fasilələrə geridə yollanmaqlarına baxmayaraq (6:8, 12:16), öncə hesabı bərabərləşdirib (23:23), ardınca seti aktivlərinə yazıblar.
Lakin bundan sonra “Rabitə” öz oyununu tapıb. Nəticədə ikinci texniki fasiləyə 8 top irəlidə çıxan Marçello Abbondanzanın komandası 12 xal üstünlüklə matçda tarazlıq yaradıb – 1:1.
Üçüncü set də “Rabitə”nin qələbəsi ilə başa çatıb. Lakin dördüncü hissə ilk setdəki kimi gərgin alınıb və eyni ssenari təkrarlanıb. Bu dəfə texniki fasilələrə “Bakı-Azəryol” üstün yollanıb – 8:6, 16:14. Amma “Rabitə” qalib gələrək, matçın hesabını müəyyənləşdirib – 3:1.
*****
Bu görüşün ardınca “Telekom” – “İqtisadçı” qarşılaşması keçirilib. Set fərqinə görə turnir cədvəlinə liderlik edən “tələbələr” qələbəni yenə asan bayram ediblər.
Debütant “İqtisadçı”ya ilk setin əvvəlində və son hissədə ciddi müqavimət göstərib. Amma bu, Bülənt Karslıoğlunun yetirmələrini ruhdan salmayıb. Onlar əksinə, daha da yaxşı oynayaraq, rəqiblərinə 1 set belə güzəştə getməyiblər.
*****
Turun son oyununda “Azərreyl”in “Lokomotiv Biləcəri” ilə duelində də sensasiyaya qeydə alınmayıb. Alessandro Çiappininin yetirmələrinin əsas rəqibləri kimi 3 xal qazanmaqda çətinliklə üzləşməyiblər. Onlar azarkeşləri qarşısında şou göstərərək, 6-cı qələbələrini rəsmiləşdiriblər.
*****
Beləliklə, X turda liderlər autsayderlərlə oynadığından turnir cədvəlində dəyişiklik olmayıb. “İqtisadçı” yenə set fərqlinə görə birinci olduğu halda, “Rabitə” ikinci, onlardan 1 oyun az keçirən “Azərreyl” isə üçüncüdür.
X tur
8 yanvar
“RABİTƏ” – “BAKI-AZƏRYOL” - 3:1 (27:29, 25:13, 25:22, 26:24)
İlk oyun: “BAKI-AZƏRYOL” – “RABİTƏ” - 1:3 (17:25, 34:32, 17:25, 21:25)
Hakimlər: Səbuhi Əliyev, Eldar Zülfiqarov
“TELEKOM” – “İQTİSADÇI” - 0:3 (15:25, 17:25, 19:25)
İlk oyun: “İQTİSADÇI” – “TELEKOM” - 3:0 (25:22, 25:9, 25:21)
“LOKOMOTİV BİLƏCƏRİ” – “AZƏRREYL” - 0:3 (15:25, 11:25, 13:25)
İlk oyun: “AZƏRREYL” – “LOKOMOTİV BİLƏCƏRİ” - 3:0 (25:11, 25:10, 25:12)

1 | İqtisadçı | 8 | 7 | 1 | 22-5 | 660-519 | 21 |
2 | Rabitə | 8 | 7 | 1 | 22-8 | 731-606 | 21 |
3 | Azərreyl | 7 | 6 | 1 | 19-5 | 601-467 | 18 |
4 | Lokomotiv | 7 | 3 | 4 | 13-13 | 576-564 | 9 |
5 | Bakı-Azəryol | 8 | 3 | 4 | 12-16 | 616-639 | 9 |
6 | Telekom | 8 | 1 | 7 | 3-21 | 426-587 | 3 |
7 | Lokomotiv Biləcəri | 8 | 0 | 8 | 2-24 | 391-623 | 0 |
0
0