Azərbaycan çempionu Bakıda avrokubok matçına çıxmayacaq
08.01.2013 - 12:42
Azərbaycan çempionu ABU-nun “Çelenc Cup”ın 1/16 final mərhələsindəki oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Polşanın “Politexnika” komandası ilə evdə oynamayacaq.
Belə ki, komandalar arasında ilk oyun paytaxtımızda, cavab görüşü isə səfərdə baş tutmalı olsa da, qarşılıqlı razılaşmaya əsasən hər 2 matç səfərdə keçiriləcək. Qarşılaşmalar fevralın 2-nə və 3-nə təyin edilib. Oyunlar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan çempionu III təsnifat mərhələsində Türkiyənin “Anadolu Universiteti” klubuna hər 2 görüşdə qalib gəlib. Rəqibimiz isə Ukraynanın “Dnepryanka” komandasından güclü olub.

0
0